Kürdə batan yeniyetmələrdən birinin meyiti tapılıb

14 İyun 2021 12:17 (UTC+04:00)

Şəmkir rayonunda kürdə batan 2 yeniyetmələrdən birinin meyiti tapılıb.

SİA-nın məlumatına görə, Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində çimərkən batan, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun meyiti tapılıb.

Digər, 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun axtarışı isə davam etdirilir.

Qeyd edək ki, hər iki yeniyetmə Şəmkir rayon Kür qəsəbəsində Kür çayında çimən zaman boğulub.