Sabahdan bu avtobus kart sisteminə keçir

14 İyun 2021 12:10 (UTC+04:00)

Sabahdan 76 nömrəli marşrut xətti (“Neftçilər” m/s – "Bakıxanov" dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonu, Nizami rayonu və Suraxanı rayonları ərazisində aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.