Bıçaqlanan 23 yaşlı gənc çoxlu qan itirərək dünyasını dəyişib

14 İyun 2021 03:11 (UTC+04:00)

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə B.Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, “Sultan” şadlıq sarayının yaxınlığında 1998-ci il təvəllüdlü Murtuzov Murtuz Bəxtiyar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirərək hadisə yerində ölüb.

Fakt prokurorluq tərəfindən araşdırılır.