Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə xarici diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb.
SİA-nın məlumatına görə, səfərdə Bakı və Ankarada akreditə olunmuş diplomatik nümayəndələr iştirak edirlər.