UEFA və DFF Kristian Eriksenin son durumu barədə məlumat yayıb

12 İyun 2021 21:41 (UTC+04:00)

Danimarka Futbol Federasiyası (DFF) və UEFA Danimarka millisinin futbolçusu Kristian Eriksenin son durumu barədə məlumat yayıb.

SİA xəbər verir ki, Danimarka Futbol Federasiyasından bildirilib ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi xəstəxanaya çatdırılıb və onun şüuru yerindədir. UEFA da Eriksenin durumunun sabitləşdiyini açıqlayıb.

Qeyd edək ki, Kristian Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Finlandiya ilə matçın 45-ci dəqiqəsində huşunu itirib. Bu səbəbdən görüş təxirə salınıb.