5 bal gücündə zəlzələ baş verib ÇİNİN CƏNUB QƏRBİNDƏ

12 İyun 2021 18:50 (UTC+04:00)

Şənbə günü Çinin cənub-qərbindəki Yunnan əyalətində 5.0 bal gücündə təkanlar qeydə alınıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Çin seysmik mərkəzinin mütəxəssisləri bunu qeydə alıblar.

Zəlzələ yerli vaxtla 18: 00-da Muxtar Bölgədə, 16 kilometr dərinlikdə meydana gəlib.

Ölənlər və dağıntılar barədə hələ məlumat verilməyib.