Deputat Yevlaxda şəhid ailələri ilə görüşüb - FOTOLAR

12 İyun 2021 18:28 (UTC+04:00)

Millət vəkili, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədovun şəhid ailələri ilə növbəti görüşü 12 iyun 2021-ci il tarixdə baş tutub. İlham Məmmədov Yevlax şəhərindən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın evində olmuş, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləyib. SİA xəbər verir ki, Millət vəkili Vətən müharibəsi şəhidləri Emin Rüstəmovun, Yusif Yusifbəylinin və Nicat Quliyevin evlərində olaraq mərhum şəhidlərimizin ailə üzviləri ilə görüb.

Millət vəkili şəhid valdeyinləri ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının məhz Emin, Yusif, Nicat kimi şəhidlərimizə borclu olduğunu bildirib. Torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhidlərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırıb. Cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakını dövlətin diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan Millət vəkili eyni zamanda ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın da, hərzaman şəhid analarının yanında olmasını, bir ana kimi onların övlad acısına şərik olmasını və onların bütün problemlərinin həllində yaxından iştirakını humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olduğunu bildirib. Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildiriblər.

Sonda İlham Məmmədov şəhid valdeyinlərinin problemləri ilə də yaxından maraqlanıb, onların həlli istiqamətində müvafiq qurumlara məlumatların verilərək qısa zamanda həlli yolunu tapacağını qeyd edib.