"Alkoqolik erməni xalqının obrazı olmamalıdır" İŞXAN SAQATELYAN

12 İyun 2021 17:42 (UTC+04:00)

Küçədən çıxan alkoqolik adam erməni xalqının kollektiv imici ola bilməz. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Daşnaqsütyun nümayəndəsi İşxan Saqatelyan "Ermənistan" blokunun Stepanavan sakinləri ilə görüşündə söyləyib.

Saqatelyan qeyd edib ki, Nikol Paşinyanın açıqlamalarına münasibət bildirməməyə qərar veriblər, lakin bunlardan biri üçün yenə də bir istisna var.

“Bu adam davamlı olaraq insanlar arasında düşmənçilik aşılayır. Xəyanətində iştirak etməməyə çalışan insanlara qarşı müharibə elan edib. Bu gün mənəvi elitaya qarşı olacağını təkrarlayıb. Dəli olan bu xaini əllərini kilsədən, ruhanilərdən, milli dəyərlərdən uzaq tutmağa, hər şeyi zibilə atmamağa çağırırıq.

Xalqın adından danışır. Sərxoş halda çəmənlikdə uzanıb bir şüşəni əlində bunun insanların kollektiv obrazı olduğunu düşünür. Bu doğru deyil. Erməni xalqının kollektiv obrazı bu olmamalıdır. Küçə alkoqoliki xalqın kollektiv obrazı ola bilməz”, deyə Saqatelyan bildirib.