Kabildə ardıcıl partlayışlar törədildi - ÖLƏNLƏR VAR

12 İyun 2021 17:09 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə törədilən iki partlayış nəticəsində ən azı beş nəfər ölüb. SİA xəbər verir ki, bu barədə yerli “Tolo News” kanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Partlayışlar yarım saatdan az vaxt fərqi ilə iki müxtəlif bölgədə baş verib. Məlumata görə, partlayışların hədəfi vətəndaşları daşıyan iki mikroavtobus olub. Avtobuslardan biri xəstəxananın yaxınlığında partlayıb. Daxili İşlər Nazirliyi qurbanların sayının arta biləcəyini istisna etmir. İndiyə qədər heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.