İstehsal edilən ayaqqabı lağa qoyuldu

12 İyun 2021 15:20 (UTC+04:00)

Lüks moda markası “Balenciaga” “Crocs” ilə güclərini birləşdirərək stiletto istehsal edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, standart “Crocs”çəkələklərinə əlavə edilmiş stiletto topuğundan ibarət olan bu model sosial medianın dilinə düşüb. Son dərəcə qeyri-adi görünən stiletto, sosial mediada lağa qoyulub.

Bəzi sosial media istifadəçiləri "Tanrı bizi tərk etdi", "Alovda yanaq" kimi sərt fikirlər söyləyiblər.