"Qarabağ" millimizin futbolçusu ilə müqaviləni uzatdı

12 İyun 2021 15:15 (UTC+04:00)

"Qarabağ" futbolçusu Toral Bayramovla müqavilənin müddətini uzadıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalayıb.

Gənc oyunçu ötən mövsüm "köhlən atlar"ın heyətində keçirdiyi 26 görüşdə 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Toral Bayramov Azərbaycanın əsas millisinin də formasını geyinir.