Daha bir güləşçimiz medal görüşünə çıxacaq

12 İyun 2021 14:38 (UTC+04:00)

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Polşanın paxtaxtı Varşavada keçirilən "Poland Open" turnirində mübarizəyə başlayıb SİA-nın məlumatına görə, 82 kq-da çıxış edən idmançı 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb.

Onun yarımfinaldakı rəqibi ukraynalı Yaroslav Filçakov olub. Yekunda 3:4 hesabı ilə uduzan Hüseynov finala çıxmaq şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (70 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.