Əfqanıstanda 20 təhlükəsizlik məmuru ölüb TALİBANLA QARŞIDURMADA

12 İyun 2021 14:29 (UTC+04:00)

Əfqanıstanın Qor vilayətinin Tolak bölgəsində radikal Taliban hərəkatı silahlıları ilə döyüşlər nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı 20 üzvü öldürülüb və daha 20 nəfəri yaralanıb. SİA xəbər verir ki, bu barədə “Tolo News” yerli mənbələrə istinadla məlumat yayıb.

Məlumatda, qarşıdurmaların yerli vaxtla cümə axşamı baş verdiyi qeyd edilir. Mənbələrə görə, ərazi Taliban rəhbərliyinin nəzarətinə keçib. Lakin bölgə başçısı Salman Yusufi bölgənin silahlılar tərəfindən ələ keçirilməsinə dair məlumatları təsdiqləməyib.

"Taliban qüvvələrinin bölgəyə hücumları nəticəsində 20 təhlükəsizlik qüvvəsinin üzvü öldürülüb, daha iyirmi nəfər yaralanıb", deyə o bildirib.

O əlavə edib ki, Taliban da təhlükəsizlik qüvvələrinin ən azı on üzvünü ələ keçirib.

Xatırladaq ki, Əfqanıstanda kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə qarşı hücuma başlayan hökumət qüvvələri ilə Taliban arasında qarşıdurma var. Diqqətə çatdıraq ki, 12 sentyabr 2020-ci ildə Qətərin paytaxtında Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları olub.