Eks-prezident üzr istəyib

12 İyun 2021 14:01 (UTC+04:00)

Kolumbiyanın keçmiş prezidenti Santos səlahiyyət müddəti ərzində silahlı qarşıdurmada həlak olanların ailələrindən üzr istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, eks-prezident Juan Manuel Santos "Həqiqəti Aydınlaşdırmaq və Birlikdə Yaşamaq Komitəsi"nin üzvləri ilə görüşərək komissiyaya silahlı qarşıdurmalar və təhlükəsizlik qüvvələrinin məhkəmədən kənar edamları barədə məlumat verib.

Santos 2006-2009-cu illərdə Müdafiə naziri olduğu dövrdə daxili silahlı qarşıdurmalarda həyatını itirən qurbanların ailələrindən üzr istəməklə dövlət qurumlarının məsuliyyətini qəbul edib.

Minlərlə günahsız insanın mühakiməsiz qətllərlə utanaraq öldürülməsini vurğulayan Santos, "Bu gün yaşamalı olan günahsız gənclərin itkin düşməsindən çox təəssüf edirəm və bütün ailələrdən üzr istəyirəm" deyib.