Evtanaziya, yoxsa intihar?

12 İyun 2021 13:37 (UTC+04:00)

Evtanaziya ağır, sağalmaz vəziyyətdə olan xəstələrin öz istəkləri ilə həyatlarına son qoyulması, həyatdan məhrum etmə təcrübəsidir. SİA xəbər verir ki, bu termin “asan ölüm” kimi ilk dəfə XVII əsrdə elmə gətirilib. XIX əsrdə isə bu ifadə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başlayıb. Əslində evtanaziya ideyası qədim zamanlardan mövcud olub. Lakin Hippokrat dövründən bu günə qədər evtanaziya ənənəvi tibb etikasına daxil deyil. Amma son zamanlar bəzi həkimlər düşünürlər ki, ağrı ilə yaşamaq dözülməz prosesdir və onlar pasiyent xahiş etdikdə bu üsuldan istifadə edirlər.

Evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Fələstində könüllü ölməyin çox sadə və müxtəlif yolları var ki, hamısında “sionist işğalçılarına qarşı şəhadət” deyilir. 1997-ci ildə ABŞ-ın Oreqon ştatında qüvvəyə minmiş yerli qanuna görə, könüllü ölüm proseduru yolverilən hesab olunur. Belçika parlamenti isə evtanaziya qanununa dəyişiklik edərək onun uşaqlara da şamil olunmasına icazə verib. Qeyd edək ki, Belçika dünyada belə qanun qəbul etmiş ilk ölkədir.

Betsi Devis ABŞ-ın Kaliforniya ştatında evtanaziya yolu ilə həyatına könüllü son qoymağa razılaşmış ilk şəxsdir. Lui Qeriq sindromu kimi tanınan yarı ambiotofik skleroz xəstəsi olan qadına 2013-cü ildə bu diaqnoz qoyulub. Öləcəyini bilən qadın yaxınlarını təşkil etdiyi 2 günlük partiyə dəvət edib, əyləncə bitdikdən sonra Betsi Devisə morfin, fenobartial və xloralhidrat qarışığından ibarət inyeksiya edilib və 4 saat sonra o, gözlərini əbədi yumub.

Lakin dində bununla bağlı nadir hallarda istisna hal var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyini başqalarına yoluxdurmaq riski varsa, bu addım atıla bilər. Amma din üzrə ekspertlərin fikrincə, bunun kütləvi hal kimi yayılmasına qətiyyən yol vermək olmaz.

Evtanaziyanın bir çox hallarda intiharla bərabərləşdirilməsi hələ də mübahisəli mövzu olaraq qalır.

Ayşən Vəli