İctimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

12 İyun 2021 13:16 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində fiziki şəxs Dəmirov Elnur Qardaşxan oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkara qanunvericiliyin tələbləri izah olunub.