Beş toy iştirakçısı öldürüldü SİLAHLILARIN HÜCUMU NƏTİCƏSİNDƏ

12 İyun 2021 12:12 (UTC+04:00)

Əfqanıstanın Kabil əyalətində baş verən silahlı hücum nəticəsində ən azı beş nəfər ölüb. SİA xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı polisə istinadən məlumat yayıb.

Polisin məlumatına əsasən, Paqman mahalında silahlı şəxslər toy mərasimindən qayıdan insanları oöurlayaraq onları öldürüblər. Telekanal, təhlükəsizlik işçisinə istinadən xəbər verir ki, ölənlər arasında mücahidlərin keçmiş komandiridir və qurbanların qalanı da onun qohumlarıdır.

Qeyd olunur ki, polis hadisəyə görə radikal Taliban yaraqlılarını günahlandırır. Taliban isə hadisəyə hələ münasibət bildirməyib.