2 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

12 İyun 2021 12:01 (UTC+04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M.Həsənli və tanışı Ə.Abdullayev sonuncuya məxsus avtomobildə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 860 qram narkotik vasitə heroin və 257 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.