“Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilib

12 İyun 2021 12:04 (UTC+04:00)

2020-2021-ci dərs ilində paytaxtdakı 123 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya bildirilib ki, layihədə paytaxt üzrə 950 müəllim və 83 min 700 şagird iştirak edib. Layihə çərçivəsində VI sinif şagirdlərinin informatika fənninə olan marağının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə imtahanı da təşkil olunub.