Pensiyaların ödənişi iyunun 15-də tam yekunlaşacaq

12 İyun 2021 09:42 (UTC+04:00)

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.