Jurnalistlər binasının komendantı saxlanılıb

11 İyun 2021 22:17 (UTC+04:00)

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.