Yeni modul tipli hərbi hissələrə mediatur təşkil olunub - FOTOLAR

11 İyun 2021 13:45 (UTC+04:00)

Azad edilmiş ərazilərdə yeni modul tipli hərbi hissələrə mediatur təşkil olunub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, jurnalistlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən azad edilmiş ərazilərdə inşa edilən, müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrdə yaradılan şəraitlə tanış olublar.