Ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTO

11 İyun 2021 09:34 (UTC+04:00)

Bakının Qaradağ rayonunda kənar dairəvi yolda (Lökbatan dairəsi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, iki yük avtomobili toqquşub və avtomobillərdən biri aşıb.

Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.