ABŞ-ın Rusiyadakı səfiri tərk etdiyi Moskvaya yenidən qayıdacaq

11 İyun 2021 00:12 (UTC+04:00)

ABŞ hakimiyyəti hesab edir ki, daha əvvəl Vaşingtona geri çağırılmış ölkənin Rusiayadakı səfiri Con Sallivan yaxın həftələrdə Moskvaya qayıdacaq.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib."Sallivanın Moskvaya növbəti həftələr ərzində qayıdacağını gözləyirik", - N.Prays bildirib.