Dostluqlar sevgiyə çevrildi - FOTO

10 İyun 2021 22:16 (UTC+04:00)

"Aşkın Kiyameti" filmində birlikdə oynayan Pınar Deniz və özündən 10 yaş böyük olan Yiğit Kirazcının dostluqları sevgiyə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, münasibətlərini mətbuatdan gizləmək istəyən cütlük, tətildə objektivlərə əks olunub.

Son vaxtlar adları sevgi söz-söhbətlərinə qarışan Pınar Deniz və Yiğit Kirazcı ilə bağlı iddiası doğru olub. Əvvəlki gün iki məhşur Marmarisdə bir çimərlikdə görünüb.

Ziya Hikmətoğlu