"Lahiç Beşiktaşdan getsə..."

10 İyun 2021 21:29 (UTC+04:00)

Super Liqanı çempion olaraq başa vuran “Beşiktaş”, yeni mövsümdə Çempionlar Liqasında oynayacaq. Qara-ağlıların transfer siyahısı olduqca sıxdı. Ötən mövsümü "Qalatasaray"da icarə əsasında keçirən Gedson Fernandes, Beşiktaşın gündəminə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Qalatasaray", adı "Beşiktaş"la hallanan Gedson Fernandesi yenidən icarəyə götürməyi hədəfləyir.

Digər tərəfdən Benfika, 22 yaşlı yarımmüdafiəçi üçün istənilən səviyyədə təklif alarsa satmağa razı olacaq və "Beşiktaş"a göndərməyə hazırdır. Bunun səbəbi, Gedsonun Çempionlar Liqasında özünü göstərmək və bazarın dəyərini artırmaq potensialına sahib olmasıdır. Qara-ağlı komandanın prezidenti Ahmet Nur Cebi, gənc futbolçu ilə bağlı sualları, "Bu, hazırda gündəmimizdə deyil, amma olmayacağı anlamına gəlmir” deyib.

Ziya Hikmətoğlu