Şimali Amerika kurqanları

10 İyun 2021 20:18 (UTC+04:00)

“Kaxokia kurqanları”–Şimali Amerika hindularının inşa etdiyi 120 kurqandan ibarət böyük tarixi abidələr qrupudur. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu kurqanlar Illinous ştatının ərazisində, Kollinsvil şəhərinin yaxınlığında “Missisipi dövründən” qalan ən böyük abidələrdən biri hesab olunur və 1982-ci ildən bəri YUNESKO-nun Dünya İrsi Siyahısındadır.

Tədqiqatçılar güman edirlər ki, bu ərazidə kurqanların yaradılmasına VII əsrin ortalarından başlanılıb. Kaxokiada yaşayan tayfaların astronomiya haqqında geniş məlumat sahibi olduqlarına dair dəqiq dəlillər vardır. Bu kurqanlar qrupunun içərisində, əsas görməli yerlərdən biri olan və Amerikanın tarixdə ən böyük torpaq tikili hesab edilən “Monastır kurqanı”dır. Alimlər bu günə qədər şəhərin keçmiş adını və o dövrdə yaşayan əhalinin dəqiq sayını bilmirlər.

Ayşən Vəli