Samux rayonundakı yol qəzasında diş həkimi dünyasını dəyişib

10 İyun 2021 19:21 (UTC+04:00)

Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərində diş həkimi işləyən 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu dünyasını dəyişib.

İlkin məlumata əsasən, mərhum idarə etdiyi "Mercedes" markalı avtomobildə ürək tutmasından dünyasını dəyişib. Nəticədə maşının idarəetməsini itirib və avtomobil hasara çırpılıb.

Hadisə yerinə Samux rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov