"Paşinyan siyasət haqqında heç nə bilmir" - PETROSYANDAN SƏRT TƏPKİ

10 İyun 2021 18:07 (UTC+04:00)

"Nikol Paşinyanın siyasət haqqında heç bir təsəvvürü belə yoxdur". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ilk prezidenti, baş nazir postuna namizəd Levon Ter-Petrosyan bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

"Nikol Paşinyan hələ də Qarabağ məsələsinin mahiyyətini anlamayıb", - deyə Levon Ter-Petrosyan bildirib.

Xatırladaq ki, Ermənistandan növbədənkənar parlament seçkiləri yaxınlaşır və get-gedə vəziyyət daha da gərginləşir. Beləki, baş nazir postuna namizədlər, daha dəqiq desək tərəflər, bir-birinə qarşı qüvvələr qarşılıqlı ittihamlarla çıxış edir, hətta təhqir və təhdidlərə də yol verirlər. Belə bir gərginliyin günü-gündən daha da artığını nəzərə alsaq, təbii ki, bundan sonra daha kəskin toqquşmaların olacağını proqnozlaşdırmaq olar.