Bakıda oğurlanmış kanalizasiya qapaqları yeniləri ilə əvəz edilib FOTO

10 İyun 2021 16:13 (UTC+04:00)

Bakıda, Binəqədi şossesində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə kanalizasiya baxış quyularının və siyirtmə kamerasının oğurlanmış qapaqları yeniləri ilə əvəzlənib.

Bu barədə SİA-ya "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, qurumun Binəqədi Rayon Sukanal İdarəsi quyulara yeni qapaqlar qoyub.

Xatırladaq ki, iyunun 8-də 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqlarını naməlum şəxslər oğurlayıb. Faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.