Yaşı 18-dən aşağı olanlar idman zallarına buraxılacaq? - İDARƏ RƏİSİ AÇIQLADI

10 İyun 2021 14:52 (UTC+04:00)

"Bu gün TƏBİB-in və Operativ Qərargahın aidiyyatı açıqlamasından irəli gələn məsələləri nəzərə alaraq bir çox məkanlarda, iaşə obyektlərində, Mall-arda, ibadət mərkəzlərində və idman zallarında yumşalmalara gedilib". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, açılımlar mövcuddur və yumşalmalar başlayaraq fəaliyyətə icazə verilib: "Bunu nəzərə alaraq Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi sahəsinə cavabdeh qurumlar, idman sahəsində fəaliyyət göstərən zallara dövlətin nəzdində olan və özəl sektorda fəaliyyət göstərən idman qurğularına, onların rəhbərlərinə Operativ Qərargahın tövsiyələri çatdırılıb".

Raqif Abbasov həmçinin qeyd edib ki, sanitar-epidemioloji vəziyyətə, şəxsi gigiyenaya, idman zallarının tez-tez havalandırılmasına, say tərkibinə riayət olunması, eyni zamanda yaşı 18-dən aşağı olanların testdən keçərək sənədlərin təqdim olunması, yaşı 18-dən yuxarı olanların isə vaksindən keçməsi tövsiyə olunub ki, bu da risklərdən sığortalanmaq məqsədilədir: "Ümidvarıq ki, bu tövsiyələr aidiyyatı şəxslər tərəfindən nəzərə alınacaq və Azərbaycan vətəndaşı üçün hər hansı bir risklər yaranmayacaq".

Arzu Elsevərqızı