Zəngilanda narkotik bitkilər aşkar edilib

10 İyun 2021 12:35 (UTC+04:00)

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 300 kiloqram olan 1050 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.