Dağlar Zeynalov vəzifəsindən azad edilib

10 İyun 2021 12:10 (UTC+04:00)

Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.

SİA-nın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, D.Zeynalov prokurorluqda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Qurumun Mətbuat xidməti Trend-ə faktı təsdiqləyib.