Dünya bu hadisədən danışır

9 İyun 2021 16:11 (UTC+04:00)

Cənubi Afrikada yaşayan 37 yaşlı Gosiame Sithole adlı bir qadın 10 uşaq dünyaya gətirərək dünya rekordunu təzələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sitholenin yoldaşı, bazar ertəsi gecə saatlarında Pretoriadakı bir xəstəxanada keysəriyyə yolu ilə yeddi oğlan və üç qız dünyaya gətirib.

Ölkə mətbuatına danışan Sithole, həkimlərin ona əvvəlcə altı uşağa hamilə olduğunu söylədiyini deyiblər. Səhiyyə Nazirliyi və xəstəxana tərəfindən Mali vətəndaşı Sitholenin keysəriyyə yolu ilə 10 uşaq dünyaya gətirməsi təsdiqlənib. Bu hal dünya rekordu kimi qeydə alınıb.

Lətifə Abdıyeva