Efiopiya idmançısı Letesenbet Gidey Niderlandda keçirilən turnirdə 10 000 metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, 23 yaşlı idmançı məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edərək niderlandlı Sifan Hassanın 5 iyun tarixində əldə etdiyi nailiyyəti üstələyib.
“Dünya rekordunu təzələyəcəyimə ümid edirdim. Əlbəttə ki, növbəti dəfə rekordumu qırmağa çalışacağam və 29 dəqiqəyə qaçışı bitirəcəm”, - Gedey belə deyib.
23 yaşlı idmançı dünya çempionatının gümüş medalçısıdır. Onun dünya kros çempionatında beş qızıl və bir gümüş medalı da var.