İFAB oyundankənar vəziyyətlə bağlı yeni qərar qəbul edib.

9 İyun 2021 00:41 (UTC+04:00)

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyundankənar vəziyyətlə bağlı yeni qərar qəbul edib.

SİA xəbər verir ki, bundan sonra oyunçuların əlləri və qolları ofsayd üçün nəzərə alınmayacaq.

Bu barədə İFAB-ın mətbuat xidməti məlumat yayıb. Offsayd üçün çiyin və qol arasındakı sərhəd qoltuğun alt hissəsi ilə təyin olunur:

“Çiyin qolun bir hissəsi kimi tanınmır. Buna görə də çiyinlə qol vurmaq mümkündür və ofsayd vəziyyəti qiymətləndirilərkən nəzərə alınmalıdır”.