"Jurnalistlərin binası"nda dəhşətli hadisə - YENİLƏNİB

8 İyun 2021 21:24 (UTC+04:00)

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə SİA-ya Səbail rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.

20:43

***Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb. SİA-nın xəbərinə görə, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.

Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.

Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.