Elnur Məmmədli \"Böyük Dəbilqə\"də uğursuz çıxış etdi

30 May 2011 13:43 (UTC+04:00)

Moskvada keçirilən cüdo üzrə \"Böyük Dəbilqə\" turunirinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, iki gün davam edən turnirdə ölkəmizi 5 cüdoçu - Nicat Şıxəlizadə (-60 kq), Tərlan Kərimov (-66 kq), ElnurMəmmədli, Elxan Rəcəbli (hər ikisi -81 kq) və Kifayət Qasımova (-57 kq) təmsil edib.

Yarışın ilk günündə zərif cüdoçumuz Kifayət Qasımova (-57kq) fəxri kürsüyə qalxa bilməsə də, 5-ci yerə cıxaraq London-2012 Yay Olimpiya Oyunlarına 60 lisenziya xalı qazanıb.

Bununla bərabər, -81 kq çəki dərəcəsində E.Məmmədli yarışa uğurla başlasa da rəqibinə qarşı texniki səhvə yol verərək, cüdo qaydalarına əsasən hakimlərdən xansokimake alaraq mübarizədən kənarlaşdırılıb. Buna baxmayaraq, E.Məmmədli 5-ci yerə layiq görülərək London-2012 Yay Olimpiya Oyunlarına 60 lisenziya xalı qazana bilib.

Digər cüdoçularımız - Nicat Şıxəlizadə (-60 kq), Tərlan Kərimov (-66 kq), Elxan Rəcəbli (-81 kq) mübarizəyə qoşulsalar da müvəffəqiyyət əldə edə bilməyib, məğlub olublar.