“Fiat” elektrikli avtomobil istehsal edəcək

7 İyun 2021 21:20 (UTC+04:00)

“Fiat” firmasının rəhbəri Oliver Frankois 2025-2030-cu illər arasında yalnız elektrikli vasitələrin satılması istiqamətində tədricən əhəmiyyətli addımlar atacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Fiat” firması 2030-cu ilə qədər tamamilə elektrikli bir avtomobil markası olmağı planlaşdırdığını açıqlayıb. Bu çərçivədə Frankois, hər kəs üçün davamlı hərəkətlilik sahəsini araşdırmağa davam etdiklərini və bunun ən böyük proyektləri olduğunu söyləyib və “Fiat”ın məhsul çeşidinin 2025-2030-cu illər arasında yalnız elektrikli avtomobillərdən ibarət olacağını vurğulayıb.

Arzu Elsevərqızı