ANAMA işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını AÇIQLADI

7 İyun 2021 16:00 (UTC+04:00)

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mayın 31-dən bu günə qədər işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

ANAMA-dan SİA-ya verilən xəbərə görə, mayın 31-dən iyunun 5-dək işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 224, tank əleyhinə 36 mina, 42 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bu müddət ərzində 159 ha ərazi mina və PHS-lərdən təmizlənib.