“Qara qızıl” yenidən bahalaşıb

30 May 2011 11:14 (UTC+04:00)

Mayın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,36 dollar və ya 0,4 faiz artaraq 1 barelə görə 100,59 dollar təşkil edib.

SİA-nın məlumatına görə, mayın 27-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 115,03 dollar təşkil edib.