"Laçın və Kəlbəcərə 17 maşın mina basdırmışıq, xəritələri var" - Erməni polkovnik

7 İyun 2021 14:03 (UTC+04:00)

Erməni polkovnik Koryun Qumaşyan Azərbaycan ərazilərində minalanmış sahələrin xəritəsinin olmasını etiraf edib. SİA bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Polkovnik özünün və tabeliyindəki əsgərlərin Laçın və Kəlbəcərə 17 yük maşını mina tədarük etdiyini bildirib.

O, Azərbaycanda saxlananların qaytarılacağı təqdirdə mina xəritələrini verəcəyini deyib.