Soros “elçisini” regiona niyə göndərir? TƏRS BAXIŞ+ÖZƏL

7 İyun 2021 12:12 (UTC+04:00)

Necə deyərlər, “gözümüz aydın”, Filip Riker, dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi vəzifəsini icra edən və xüsusən də (!) Corc Sorosun yetkililərindən biri 6-13 iyun tarixlərində Cənubi Qafqaz regionunda səfərə başlayıb və həmçinin Azərbaycana da gələcək.

Gəlin xatırlayaq ki, həmin Riker kimdir?

Filip Riker diplomatiya fəaliyyətinə İnformasiya Xidmətinin əməkdaşı kimi 1993-1996-cı illərdə Budapeştə başlayıb. Və ən maraqlısı - görün həmin dövrdə ABŞ-ın Macarıstandakı səfiri kim olub: ABŞ-ın indiki Dövlət Katibi Antoni Blinkenin atası Donald Blinken ( 1994-1997 ci illər).

Apardığımız dəqiq araşdırmalardan sonra məlum olub ki, Donald Bliken ikinci həyat yoldaşı Vera Blinkenlə birlikdə Sorosa məxsus Mərkəzi Avropa Universiteti və Açıq Cəmiyyət İnstitutunun inkişafına böyük dəstək göstəriblər. Əbəs yerə deyil ki, Corc Sorosun Mərkəzi Avropa Universitetinin kitabxanası məhz Donald Blinkenin (!) adını daşıyır. Soros həmçinin öz bəyanatlarının birində Donald Blinkeni “ən sevimli” diplomat adlandırmışdı. O dövrdə ABŞ-ın Budapeştdəki səfirliyində bu məsələləri birbaşa Filip Riker icra edirdi.

Xatırladaq ki, Donald və Vera Blinken Corc Sorosun ən yaxın silahdaşları, dəstəkçiləri, fikir ortaqları olublar və 1994-1998-ci illərdə onlar Macarıstanın Sosialist-Liberal Hökumətini dəstəkləyirdilər. Hətta Macarıstanın baş naziri və ölkəmizin sadiq dostu olan Viktor Orban 1998-ci ildə seçkilərdə qalib gələrkən Blinken Orban hakimiyyətini kəskin tənqid edənlər, ona qarşı barışmaz müxalifətdə olanlar cinahında yer alaraq, bu ölkədə siyasi qarşıdurmalar yaratmağa cəhdlər göstərib.

Link aşağıda:

https://www.resumenlatinoamericano.org/2020/11/26/pensamiento-critico-quien-es-antony-blinken-el-proximo-secretario-de-estado-de-joe-biden/

Şəkildə Antoni Blinkenin valideynləri Donald və Vera Blinken və Soros

Macarıstandan sonra Balkan ölkələrində müxtəlif vəzifələrdə çalışan Riker, hətta öz həmkarları tərəfindən apardığı siyasətinə görə “axmaq” adlandırırdılar

Növbəti dəfə Riker özünü 2016-cı ildə Ukraynada “yandırıb”. Belə ki, o, həmin ərəfədə ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin yerli “Burizma” şirkəti ilə çalışıb, korrupsiya əlaqələrinə görə ittiham olunub. Eyni zamanda, o, bu proseslər çərçivəsində Donald Tramp əleyhinə kampaniyaların əsas iştirakçısı olub, Corc Sorosdan xüsusi tapşırıqlar alaraq onları icra edib. Maraqlısı isə budur ki, Riker bu iddiaların hamısını olmasa da, bəzilərini3 qismən olsa belə, təsdiq edib.

Link aşağıda:

https://www.pbs.org/newshour/show/the-latest-from-the-impeachment-inquiry-including-new-transcripts-and-a-court-ruling

Və nəhayət! Filip Rikerin Türk dünyasına olan “sevgisi” İkinci Qarabağ müharibəsi dövründə “püskürüb”. Belə ki, bu şəxs Qarabağda davam edən 44 günlük Vətən müharibəsi zamanı mütəmadi olaraq (!) Türkiyəni Azərbaycana silah və döyüşçü göndərməkdə ittiham edir, mümkünsüz, sübutsuz iddiaları ilə işğalçı tərəfin cinahında yer alırdı.

Şəkildə Filip Riker və Zöhrab Mnatsakanyan

Bu sorosçu “yoldaş” Türkiyənin, ümumiyyətlə, bütün addımlarını tənqid edir, habelə Türkiyə ilə eyni fikirləri bölüşən siyasi dairələri və ölkələri dərhal tənqid, ittiham hədəfinə çevirirdi. Baxın - Türkiyənin Aralıq dənizindəki fəaliyyəti ilə bağlı bu şəxs demişdi: “Türkiyənin hərəkətləri faydasız və provokasiya xarakteri daşıyır, və regionda gərginliyi artırır”.

Link aşağıda:

https://www.ekathimerini.com/news/256236/turkey-s-actions-provocative-unhelpful-and-raise-tensions-in-the-region-says-senior-state-department-official/ https://www.amna.gr/en/article/476156/US-State-Depts-Reeker-urges-Turkey-to-end-acts-that-raise-tension-in-East-Mediterranean

Siyasi fırıldaqçılıqdan əlavə isə bu şəxs dəbdəbəli, şık həyat və gözəl qadınları sevir. Və çox güman, Sorosun ona xərclədiyi pulları onun belə həyat sürməsinə kifayət qədər imkan verir ki, istədiyi dəbdəbəli ömrünü yaşasın.

Aşağıda sizə onun məşhur amerikalı “sevgi ulduzu” (əslində isə nəyə eyham vurduğumuzu anladınız) Peris Hiltonla şəklini təqdim edirik:

İndi isə istər-istəməz belə bir sual yaranır ki, bu şəxsin ölkəmizə səfərindən nə gözləmək olar? Aydındır ki Soros bura nəzarətində saxladığı Ağ ev administrasiyası vasitəsi ilə və ardıcıl olaraq emissarlarını göndərir ki, yerlərdə vəziyyəti öyrənib, regionda güclənən, söz sahibinə, iqtisadi və hərbi nəhəngə çevrilən Azərbaycana növbəti qarayaxmalarını haradan atacağını planlaşdırsın.

Elimizdə belə bir deyim var - nə xoş gəldin deyə bilmirik, nə də gözüm üstə yerin var... Gəlirsənsə gəl, amma ye iç və çıx get!

Rövşən RƏSULOV

P.S. Hə, yeri gəlmişkən, apardığımız araşdırmalardan sonra o da bəlli olub ki, hazırda ABŞ-ın Azərbaycandakı səfirliyi bu kəslə görüşəcək yerli “ictimai-siyasi fəallarının” siyahısını tutur. Həmin səfirliyin ki, bir neçə gün əvvəl utanmz-utanmaz Azərbaycan dövlətindən sərhədlərimizdə təxribat-diversiya törətməyə cəhd edən və saxlanılaraq hüquqa təslim edilən erməni terrorçularının dərhal (???!!!) azadlığa çıxarılmalarını tələb etmişdi! Ona görə də, bax həmin “ictimai-siyasi fəalların” siyahını artıq tam nəzarətdə saxlamaq hələ ki, ziyan eləməz. Zatən onların indidən ABŞ səfirliyinin qarşısında növbə tutub-gözləməklərini də ayırd etmək mümkündür.