"Formula 1" Azərbaycan Qran Prisində qəza baş verdi - BAKI 2021

6 İyun 2021 17:07 (UTC+04:00)

"Formula 1" Azərbaycan Qran Prisi 2021-də qəza baş verib. SİA xəbər verir ki, “Aston Martin” komandasının pilotu Lens Stroll təkərlərində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək təhlükəsizlik bariyerinə çırpılıb.

Lens Stroll bununla da yarışda mübarizəni dayandırıb. Onun bolidi trekdən kənarlaşdırılıb.