Vips Bekmanı üstələyərək çempionatda ilk dəfə qələbə qazandı - BAKI 2021

6 İyun 2021 16:30 (UTC+04:00)

“Hitech Grand Prix” komandasının pilotu Yuri Vips xaotik Bakı yarışında karyerasında ilk dəfə olaraq Formula 2-də qalib gəldi. Belə ki, çıxışını sabit tempdə saxlayaraq, çoxsaylı dayanma və altı iştirakçının yarışdan kənarda qalmasından sonra, o, yarışı “Charouz Racing System” komandasının pilotu Devid Bekman və “Carlin” komandasının pilotu Cehan Daruvaladan öndə tamamlaya bildi. SİA xəbər verir ki, Bakı, Formula 2-də mövsüm əvvəli çempionatın favoritləri üçün müəyyən bir başlanğıc olduğunu sübut etdi. Vips Bakıda Şvartzman ilə birlikdə mövsümün ilk qələbəsini qazandı. Hər ikisi çempionata uğursuz başlanğıc etmişdi, lakin Bakıda vəziyyəti xeyirlərinə dəyişdirdilər.

Estoniyalının qələbə üçün çox çalışması lazım idi və heç də hər şey onun üçün maneəsiz keçmədi. Üçüncü olaraq başlayandan sonra, “Hitech” pilotu iki dəfə təhlükəsizlik maşını ilə yarışa yenidən start verdikdən sonra, Bent Viskal və Devid Bekmanı ötüb keçə bildi. Yaxşı bir mübarizə aparmasına baxmayaraq, komandaya yeni qoşulan “Charouz” pilotu Bekman Daruvaladan öndə 2-ci yerdə qərarlaşmalı oldu. Eyni zamanda birinci mövqedə olan Viskal isə 4-cü yerə endi.

Şvartzman 5-ci yerə yiyələndi, onu açılış dövrəsində etdiyi qəzadan sonra vəziyyəti bərpa edən Daniel Tiktum izlədi. Liam Lauson 13 pillə irəliləyərək 7-ci yerə yüksəldi və son xalları isə Oskar Piasti aldı.

Hər şey necə baş verdi?

Yarışa çılğın bir başlanğıcdan sonra pilotların əksəriyyəti ilk 2 döngəni zədələnmədən keçməyi ümid edirdilər, amma vəziyyət istədikləri kimi olmadı. Trekdə bir neçə insident baş verdi. Quan Çjou və Tiktumun bolidləri bir-birinə ilişərək ilk döngədə fırlanırdılar. Bundan öncə isə Ralf Boşunq ilə Teo Porşarenin bolidləri arasında təmas oldu.

Açılışdakı 2 döngədən xətərsiz çıxan Bekman 3-də döngədə yarışda ən önündə gedən Viskala özünü çatdırdı. Onunla təkər-təkərə mübarizə apardıqdan sonra 4-cü döngədə əyləcdən gec istifadə edərək hollandiyalı rəqibini cüzi fərqlə ötdü.

“Charouz” pilotu hərəkətə düz vaxtında keçdi, çünki dərhal bundan sonra 1-ci döngədə baş verən hadisələrdən treki təmizlətmək üçün təhlükəsizlik maşını trekə çıxdı. Tiktum və Porşare geriyə düşmələrinə baxmayaraq, hər ikisi yenidən yarışa əvvəlki tempdə qayıtdılar.

Çjou və Boşunq o qədər də şanslı deyildilər, bu cütlüklə birlikdə “MP Motorsport” pilotu Lirim Zendeli də yarışdan çəkilmək məcburiyyətində qaldı.

Təhlükəsizlik maşını pitə qayıtdıqdan sonra, Bekman yenidən sürətini artırdı, Viskal isə Vipsin arxasında 3-cü yerə düşərək bir mövqe itirdi. Geridə olanların sırasında Porşare yarışda pis nəticə göstərməklə işini daha da korladı. Komandası bolidin ön qanadındakı zərəri aradan qaldırmaq üçün onu pit-stopa çağırdı.

Roy Nissani Riçard Verşorun bolidini arxadan vuraraq divara sıxdı. Hadisəni aradan qaldırmaq üçün çox vaxt tələb olundu və nəticədə trekə təhlükəsizlik maşını uzun müddət pitə qayıda bilmədi.

Təhlükəsizlik maşını ilə bir neçə dövrə vurulduqdan sonra, Bekman növbəti startda mükəmməl çıxış ortaya qoydu. Viskal Vipsdən 2-ciliyi almağa cəhd etdi, lakin “Trident” komandasının pilotu dönməni geniş götürdüyü üçün Daruvala və Markus Armstronqun arxasına düşərək 5-ci yerdə qərarlaşdı.

Yarışa yenidən start verildikdən sonra da trekdə qəzalar baş verdi. Felipe Druqoviç 1-ci döngədə Kristian Lundqardı yaxaladı və onu divara çırpdı. Armstronq Viskalı keçməyə cəhd edərkən, təkərlərin soyuq olması səbəbindən bolid sürüşərək divara dəydi.

Bu vəziyyətdə yalnız virtual təhlükəsizlik maşının xəbərdarlığı tələb olunurdu, ancaq yarışdan çıxmış 6 pilot və 3 ayrı dayanma hadisəsi bolidlərin düzülüş sırasını demək olar ki, alt-üst etdi. Tiktum, açılış dövrəsində baş vermiş qəzadan sonra geriyə düşməsinə baxmayaraq 6-cı yerə geri qayıda bildi, Lauson isə 20-ci yerdən 8-ci yerədək irəlilədi.

Yarışa sonuncu dəfə yenidən start veriləndən sonra yarış Bekman üçün o qədər də rahat keçmədi. Alman pilot birinciliyə yaxınlaşdıqca, arxa qanadına yaxınlaşmış Vips onu daima izləyirdi. Estoniyalı pilot isə DRS zonasının sonundadək səbirlə gözlədi və qətiliklə Bekmanı ötərək yarışın liderliyini ələ aldı.

Bütün bu maraqlı məqamlar 10 dövrə içərisində baş verdi, amma ondan sonra həyəcan sovuşdu. Komandalar yaşadığı hadisələrdən təsirlənərək çox riskə getməkdən ehtiyat etdilər.

Bununla belə, 20-ci yerdən 12-ci yerə qədər irəliləyən Lauson, bir az da riskə getməyə və 7-ci yeri əldə etmək üçün Piastrini ötməyə yox demədi.

Demək olar ki, hər kəs olduğu yerdə qalmaqdan məmnun görünürdü. Dördüncü yerdə qərarlaşan Viskal, arxadan “Carlin” komandasının pilotu Daruvalanı yaxından mütəmadi izləyirdi ki, yaranan fürsəti anında dəyərləndirə bilsin.

Daruvala bu səhvi əsla etmədi və finiş xəttini keçərək podiuma yüksəldi. Onun qarşısında Vips Bekmanı 3.2 saniyə ilə üstələyərək damalı bayrağı ilk keçən oldu.

Əsas sitat – Yuri Vips (Hitech Grand Prix)

“Bizim üçün çox yaxşı bir gün oldu! Düşünmürəm ki, ən yaxşı ilk yarışım idi, amma bundan çox şey öyrəndik və 2-ci yarışda tempimiz həqiqətən yaxşı idi”.

“Başdan sona qədər üstün olduğum bir yarış deyildi. Bunun üçün həqiqətən mübarizə aparmalı idim, amma sonunda liderliyə sahib oldum və heç geri baxmadım. Yaxşı bir gündür və sabah 2-ci mövqedən başlayacağam. Qazanmaq üçün başqa bir şansım var, buna görə də yarışı səbirsizliklə gözləyirəm”.

Çempionata baxış

Xalların verildiyi ilk sıralara düşə bilməyən Quan Çjou, çempionatdakı liderliyini 78 xalla qoruyur. Piastri 55 xalla 2-ci pilləyə yüksəldi və bu yeri eyni xala sahib Porşare ilə bölüşdü.

54 xal toplayaraq 4-cü olan Daniel Tiktum 51 xalla 5-ci yerdə qərarlaşan Şvartzmanı qabaqlayır.

“UNI-Virtuosi” komandası 107 xalla liderdir. Onu 106 xal toplayan “PREMA” və 101 xal yığan “Carlin” izləyir. “Hitech Grand Prix” komandası 80 xalla 4-cü, “ART Grand Prix” isə 71 xalla 5-ci yerdədir.