Bir gündə təhlükəli virusdan 351 nəfər ölüb - RUSİYADA

6 İyun 2021 13:02 (UTC+04:00)

Rusiyada son sutkada daha 9 163 nəfər COVID-19-a yoluxub. SİA xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 5 126 437 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 351 nəfər artaraq 123 787-ə yüksəlib. Rusiyada indiyədək koronavirusa yoluxan 4 736 446 nəfər sağalıb.