Bir gündə yüzlərlə insan virusa yoluxdu - UKRAYNADA

6 İyun 2021 11:05 (UTC+04:00)

Ukraynada son sutka ərzində 937 nəfər COVID-19 virusuna yoluxub, 42 pasiyent dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 2 214 517-yə çatıb, indiyədək 51 182 nəfər virusun qurbanı olub, 2 093 228 xəstə müalicə alaraq sağalıb.