Meyvə və tərəvəzlərin - FAYDALARI

5 İyun 2021 21:17 (UTC+04:00)

Artıq meyvə və tərəvəzləri heç bir kimyəvi əlavələri olmadan əldə edə bilirik. SİA xarici mətbuata istinadən xəbər verir ki, onların faydalarını bir daha gözdən keçirək.

Alma

Tərkibində C və E vitamini, fol turşusu, pektin və flovonoid daxildir. Bağırsaq traktının qorunması üçün faydalıdır. Xolestorolu azaltmaq təsirinə malikdir.

Armud

Fosfor, kalsium və kalium ilə zəngindir. Ürək əzələlərinin düzgün işləməsinə kömək edir. Qan təzyiqini düzəltməkdə təsiri olur.

Albalı

Kalsium, fosfor və C vitamini ilə zəngindir. Diş çürüməsinin qarşısını almaqda kömək edir. Sidik qovucudur. Bədənin su balansını təmin edir.

Alça

A və C vitamini ilə zəngindir. Bağırsağa xeyirlidir, müqaviməti artırır.

Əncir

Kalium, fosfor və maqnezium ilə zəngindir. Həzmə kömək edir, Sümük və dişə xeyirlidir.

Yerkökü

A, B, D və E vitamini deposudur. Üz və sümüyə xeyirlidir. Hüceyrə yenilənməsinə faydası var. Saç tökülməsini azaldır və canlandırır.

Xiyar

A, B, C vitaminləri və fosfor, selenium ilə zəngindir. Güclü antioksidantdır. Dərini nəmləndirir. Sidik yolları infeksiyalarında faydalıdır. Bağırsağa xeyirlidir. Sakitləşdirici təsiri var və toksin atıcıdır.

Turp

Tərkibində C vitamini, kalium və maqnezium var. Yüksək təzyiq üçün yaxşıdır. Antioksidant xüsusiyyətləri xərçəngə qarşı qoruyucu təsir göstərir.

Lobya

Fol turşusu, kalium, A və C vitaminləri ilə zəngindir. Pis xolestorolun düşməsinə kömək edir. Antioksidant xüsusiyyətlər malikdir.

Badımcan

Tərkibində B1, B2, C və A vitamini var. Dəriyə və immun sisteminə faydası var.

Ayşən Vəli