"Formula1" sıralama turunun qalibləri bəlli oldu - BAKI 2021

5 İyun 2021 17:27 (UTC+04:00)

“Formula1” Azərbaycan Qran Prisi davam edir. SİA xəbər verir ki, F1 sıralama turunun qalibləri bəlli olub.

Keçirilən yarışda birinci yerdə “Ferrari” komandasında Çarls Lekler, ikinci yerdə “Mercedes-AMG Petronas” komandasının pilotu Luis Həmilton, “Red Bull/Honda” komandasının pilotu Maks Ferstappen isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Formula1” Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində həyata keçirilir.