İran hələ üzvlük haqqını ödəmədiyi üçün BMT, İranın ümumi məclisdəki səs hüquqlarını ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT, İranın üzvlük haqqını gecikdirdiyini əsas gətirərək ölkənin ümumi məclisdəki səs hüququnu ləğv edib. İran gecikməyə səbəb kimi Amerikanın embarqosunu göstərsə də, BMT-nin qərarının absurd olduğunu söyləyib.
Mövzu ilə əlaqədar bir açıqlama verən İran xarici işlər naziri Cavad Zərif, ABŞ-ın tətbiq etdiyi iqtisadi embarqoları ödəmələrin gecikməsinin əsas səbəbi olaraq göstərib. Cavad Zərif "Twitter" hesabında bir şərh edib; "Amerikanın iqtisadi terrorizmi, üzvlük haqqını ödəməyimizdən əlavə, hətta qida xərclərimizə də əl qoyub. BMT istəsə, xaricdəki bloklanmış 110 milyon dollarlıq ödənişlərimizi xarici ölkə fondlarından ala bilər" deyə bildirib.
BMT-nin baş katibi Antonio Guterresə göndərdiyi məktubda Zərif, İranın embarqolara görə üzvlük haqqını ödəyə bilmədiyini bildirib. BMT-dən aldığı sanksiyanın "təəccüblü bir absurd" olduğunu deyən xarici işlər naziri gecikmələrin səbəbinin Cənubi Koreya, Yaponiya və İraq banklarındakı hesablarının dondurulduğunu söyləyib.
ABŞ 2018-ci ildə Tramp administrasiyası altında İran da daxil olmaqla 6 ölkə ilə imzalanan nüvə anlaşmasından çıxdığını deyib. Anlaşmadan çıxdıqdan sonra İranın nüvə razılaşmasının tələblərini yerinə yetirməməsi bəhanəsi ilə ölkəyə qarşı yeni embarqolar tətbiq etməyə başlayıb.
Lətifə Abdıyeva